Azərbaycanda mühasibat uçotu üzrə təlimlərin ikinci mərhələsinə start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 15:36 (UTC +04:00)
Azərbaycanda mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə Maliyyə Nazirliyinin "Korporativ və büdcə sektorunda hesabatlılıq layihəsi" (CAPSAP) çərçivəsində nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzində dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssisləri üçün təlimlərin ikinci mərhələsinə start verilib.
Azərbaycanda mühasibat uçotu üzrə təlimlərin ikinci mərhələsinə start verilib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycanda mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə Maliyyə Nazirliyinin "Korporativ və büdcə sektorunda hesabatlılıq layihəsi" (CAPSAP) çərçivəsində nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzində dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssisləri üçün təlimlərin ikinci mərhələsinə start verilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Mühasibat uçotunun təşkilində Azərbaycan Respublikasının qanunvericiliyinin və vergilərin rolu" mövzusunda keçirilən təlimlər yerli və xarici mütəxəssislər tərəfindən aparılır.

CAPSAP çərçivəsində mühasibat uçotu subyektlərinin müvafiq mütəxəssislərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə fasiləsiz tədris prosesinin təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti