...

AYİB Azərbaycan üçün üçillik yeni strategiya hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2012 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir A.Axundov/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2013-cü ilin sonuna kimi Azərbaycan üzrə yeni üçillik strategiyanın hazırlığını başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə AYİB-in Azərbaycandakı ofisinin rəhbəri Nil Makkeyn cümə axşamı jurnalistlərə bildirib.

"Bu məqsədlə Bakıda gələn ilin iyununda bankın vitse-prezidentlərindən birinin, AYİB-in Qafqaz, Moldova və Belarus ölkələri üzrə direktoru Pol Anri Foreste, bankın aparıcı iqtisadçısı Aleks Pivovarskinin və başqalarının iştirakı ilə missiya gələcək. Missiya ölkə hökuməti, müxtəlif dövlət strukturları ilə görüşlər keçirəcək", - Makkeyn deyib.

Onun sözlərinə görə, yeni strategiya qüvvədə olan strategiyadan ciddi şəkildə fərqlənməyəcək və özəl sektorun inkişafına yönəldiləcək.

"Bizim strategiyamızın əsas məqsədləri Azərbaycan hökumətinin iqtisadi siyasətinin prioritetləri ilə uyğun gəlir və özəl sektorun dəstəklənməsindən və bununla da iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafından ibarətdir", - Makkeyn bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti