...

Bakıda yolötürücünün dağılma təhlükəsi məsələsinə rəsmi aydınlıq gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2012 12:07 (UTC +04:00)
"20 Yanvar" metrostansiyası ərazisindəki ("Şamaxinka" adlanan ərazidə) yolötürücü ilə bağlı heç bir problem yoxdur.
Bakıda yolötürücünün dağılma təhlükəsi məsələsinə rəsmi aydınlıq gətirilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.İsmayılov/

"20 Yanvar" metrostansiyası ərazisindəki ("Şamaxinka" adlanan ərazidə) yolötürücü ilə bağlı heç bir problem yoxdur. Bu barədə şənbə günü Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Yolötürücü Bakının çıxışında yerləşir.

Onun sözlərinə görə, beton dayaqlarda və tunelin üzərində heç bir çat və dağıntı yoxdur.

"Bu, bir çox nəqliyyat infrastrukturu obyektlərində olan deformasiya tikişləridir. Onlar temperatur dəyişikliyi zamanı dəyişirlər", - Mürsəliyev qeyd edib.

Hazırda yolötürücü üzərində genişləndirilmə işləri aparılır ki, bu işlərə də xeyli müddətdir başlanılıb.

Onun sözlərinə görə, yolötürücüdə, həmçinin heç bir çökmə müşahidə edilmir, müvafiq olaraq, sürücülər heç bir problem və narahatlıq olmadan yolötürücüdən istifadə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti