...

Abdullah Gül: İpək Yolunun bərpası dünya iqtisadiyyatının inkişafına təkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2012 14:03 (UTC +04:00)
Dünya iqtisadiyyatının inkişafına təkan verəcək tarixi İpək Yolunun bərpasında Avrasiya regionu böyük önəm daşıyır.
Abdullah Gül: İpək Yolunun bərpası dünya iqtisadiyyatının inkişafına təkan verəcək

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir A.Tağıyeva/

Dünya iqtisadiyyatının inkişafına təkan verəcək tarixi İpək Yolunun bərpasında Avrasiya regionu böyük önəm daşıyır. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Abdullah Gül deyib.

Prezidentin sözlərinə görə, iqtisadi imkanları ilə zəngin olan Avrasiya regionu dünyanın gələcəyini müəyyənləşdirən bölgəyə çevriləcək və bütün dünyanın iqtisadi və geosiyasi istiqamətini təyin edəcək.

"Avrasiya regionu enerji, iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanları üçün geniş imkanlara malikdir. Bu regionun ölkələri bölgədə əməkdaşlığın real potensialının həyata keçirilməsi üçün maksimum səy göstərməlidirlər", - Gül qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti