...

“MasterCard” Azərbaycana kontaktsız ödənişlər gətirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2012 10:55 (UTC +04:00)
"MasterCard" beynəlxalq ödəniş sistemi gələn il Azərbaycan bazarına kontaktsız ödənişlər innovasiya texnologiyalarına malik "PayPass" bank kartlarını çıxaracaq.
“MasterCard” Azərbaycana kontaktsız ödənişlər gətirəcək

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Axundov/

"MasterCard" beynəlxalq ödəniş sistemi gələn il Azərbaycan bazarına kontaktsız ödənişlər innovasiya texnologiyalarına malik "PayPass" bank kartlarını çıxaracaq. Bu barədə çərşənbə günü Trend-ə "MasterCard"ın Azərbaycandakı regional meneceri Hakan Açar bildirib.

"Bu kart bir toxunma ilə ticarət-xidmət müəssisələrində malların, xidmətlərin ödənişini həyata keçirməyə imkan verir. Kassada və ya terminalda "PayPass" kartını kontaktsız oxuyan qurğuya yaxınlaşdırmaq kifayətdir və sizin aldığınız malın qiyməti ödənəcək. Bu texnologiyadan "MasterCard PayPas" loqotipi olan hər yerdə istifadə etmək olar", - Açar deyib.

"PayPass" texnologiyasından 48 ölkədə istifadə olunur və o, Azərbaycan bazarı üçün yenilik olacaq.

"Biz bu kartları 2013-cü ilin birinci yarısında tətbiq etmək istəyirik. Bu istiqamətdə banklarla sıx əməkdaşlıq edirik, bəziləri ilə artıq texniki detalları müzakirə etməyə başlamışıq. Bu kartlar operativ rejimdə xırda ödənişlər üçün nəzərdə tutulub. Onlar kinoda, fast-fudlarda, supermarketlərdə, taksidə istifadə üçün rahatdır. Bir çox banklar bunda maraqlıdır", - Açar deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti