Azərbaycan, Bakı, 11 yanvar / Trend /
Azərbaycan və Braziliya gömrük sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Bu sahədə əməkdaşlığın perspektivləri Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov ilə Braziliya Maliyyə Nazirliyi yanında Gömrük və beynəlxalq əlaqələr Katibliyinin rəisi Ernani Argolo Kekkuççi arasında görüşdə müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN xəbər yayıb.
Tərəflər habelə müvafiq hüquq-müqavilə bazasının yaradılması və qarşılıqlı səfərlərin təşkil olunması imkanlarını müzakirə ediblər.
Görüşdə Azərbaycanın səfiri Kekkuçkini respublikanın son dövrlərdəki iqtisadi inkişafı, gömrük sahəsində həyata keçirdiyi islahatlar və beynəlxalq əməkdaşlıq istiqamətində apardığı fəaliyyət barədə məlumatlandırıb.