...

ARPA-nın sıraları genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2013 17:09 (UTC +04:00)
2013-cü il Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) korporativ üzvlərinin sırasının ölkənin sığorta bazarının nümayəndələri ilə genişlənməsi ilə başlayıb.
ARPA-nın sıraları genişlənib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

2013-cü il Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) korporativ üzvlərinin sırasının ölkənin sığorta bazarının nümayəndələri ilə genişlənməsi ilə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü ARPA-nın yaydığı məlumatda deyilir.

Bu həftə ARPA-ya "AxaMbask", "Atəşgah Sığorta" və "QalaHəyat Sığorta" şirkətləri daxil olub.

"ARPA-nın 2013-cü il üçün hazırladığı proqram sığorta şirkətlərinin işçilərinin beynəlxalq proqram üzrə sertifikasiyasından, habelə müxtəlif xarakterli treninq, konfransların keçirilməsindən və ən əsası "İlin sığortaçısı" nominasiyası üzrə namizədin seçilməsindən ibarətdir", - məlumatda deyilir.

Hazırda ARPA-nın 23 korporativ üzvü, o cümlədən 19 bank və 4 sığorta şirkəti var.

ARPA-nın yaradılmasında məqsəd Azərbaycanın maliyyə sektorunda risklərin azaldılmasına yardım etməkdir. ARPA Azərbaycan Mərkəzi Bankı və IFC ilə əməkdaşlıq edir.

ARPA 2009-cu ilin mayında yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti