...

Azərbaycanda çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində qiymətli kağızlar bazarında nəzarət gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2013 13:45 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə "Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, habelə investisiya fondları və lotereya təşkilatçısı tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi" Qaydalarına dəyişikliklər edilib.
Azərbaycanda çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində qiymətli kağızlar bazarında nəzarət gücləndirilir

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə "Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, habelə investisiya fondları və lotereya təşkilatçısı tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi" Qaydalarına dəyişikliklər edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK-nın yaydığı məlumatda deyilir.

Qaydalarda edilmiş dəyişikliklərə müvafiq olaraq, yaradılmış yeni hesabatlılıq forması cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində QKDK tərəfindən risk əsaslı nəzarətin tətbiqini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti