...

Azərbaycanın tədiyyə balansının profisiti 5 milyard dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2013 20:23 (UTC +04:00)
2012-ci ilin yekunları üzrə Azərbaycanın tədiyyə balansının cari əməliyyat hesablarının profisiti il ərzində 13 faiz azalaraq 14,9 milyard dollar təşkil edib.
Azərbaycanın tədiyyə balansının profisiti 5 milyard dollara çatıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.Xəlilova/

2012-ci ilin yekunları üzrə Azərbaycanın tədiyyə balansının cari əməliyyat hesablarının profisiti il ərzində 13 faiz azalaraq 14,9 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə ügünü Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı tədiyyə balansında deyilir.

O cümlədən, neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti 23,4 milyard dollar olub.

Neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti qeyri-neft sektorunun cari əməliyyat hesablarının 8,5 milyard dollar həcmində kəsirini tam ödəyir.

Tədiyyə balansının ümumi profisiti ötən il ərzində 2,5 dəfə azalaraq 4,96 milyard dollar olub.

Sektorlar üzrə tədiyyə balansının təhlili göstərdi ki, əvvəlki illərdə olduğu kimi, ötən il də neft-qaz sektorunda xarici iqtisadi əməliyyatlar müsbət saldoya, qeyri-neft sektorunda isə mənfi saldoya malik olub.

2012-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsinin ümumi həcmi 43,1 milyard manat, xarici ticartət balansının müsbət saldosu 22,2 milyard dollar təşkil edib ki, bu da 2011-ci ili yekunları üzrə görtəricidən 8,7 faiz azdır.

Bununla belə, malların idxalı 10,4 milyard dollar, ixracı isə 32,6 milyard dollar həcmində həyata keçirilib. İxrac edilən malların strukturunda 94,1 faiz neft-qaz məhsullarının payına düşür.

Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri 4375,9 milyon dollar olub, bu həcmdən 1303,6 milyon dollar ərzaq məhsullarının payına düşür.

Bu dövrdə 157 ölkə ilə ticarət münasibətləri qurulub. Ticarət dövriyyəsinin 9,7 faizi MDB ölkələrinin, 90,3 faizi isə digər xarici ölkələrin payına düşüb. İtaliya, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Fransa, Hindistan, Almaniya, İndoneziya və İsraillə intensiv ticarət münasibətləri yer alıb.

Azərbaycanın ixrac-idxal əməliyyatlarının 67,4 faizi bu ölkələrin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti