Azərbaycan, Bakı, 14 may /Trend/
Bu gün Bakının Binəqədi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin (Azərbaycanın milli su operatoru) çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Məlumatda deyilir: "Binəqədi rayonunda C.Xəndan küçəsində 400 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 14 may 2013-cü il tarixdə gün ərzində C.Xəndan küçəsi və ətraf ərazilərə içməli su müəyyən fasilələrlə veriləcək".