...

Yayda Bakıdan Ukraynanın beş şəhərinə aviareyslər həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2013 17:58 (UTC +04:00)
"Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti yay mövsümündə Bakıdan Ukraynanın beş şəhərinə birbaşa aviareysləri həyata keçirməyi planlaşdırır.
Yayda Bakıdan Ukraynanın beş şəhərinə aviareyslər həyata keçiriləcək

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.İsmayılov/

"Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti yay mövsümündə Bakıdan Ukraynanın beş şəhərinə birbaşa aviareysləri həyata keçirməyi planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə aviaşirkətin Bakı ofisindən bildiriblər.

Aviaşirkətdən deyiblər ki, ilk növbədə, iyunun 8-dən etibarən Bakı-Odessa və Bakı-Donetsk marşrutları üzrə reyslərin yerinə yetirilməsinə başlamaq planlaşdırılır: "Bakıdan Odessa və Donetskə reyslərin iyunun 8-də başlayacaq. Hər iki reysə biletlərin satışı iyunun 8-dən etibarən həyata keçirilir".

Xüsusilə, Bakıdan Odessaya təyyarə şənbə günləri saat 03:15-də uçacaq. Həmçinin, şənbə günləri Bakıdan Donetskə təyyarə saat 02:35-də yola düşəcək.

Aviaşirkətin Bakı ofisindən bildiriblər ki, yay dövründə Bakıdan Lvov, Simferopol və İvano-Frankovska reyslərin açılması planlaşdırılır. Lakin bu reyslərin həyata keçirilmə tarixi barədə məlumat verilməyib.

Bu marşrutlar üzrə aviareyslərin mütəmadi və ya mövsümi olacaqları barədə suala aviaşirkətin Bakı ofisində məlumatın olmaması səbəbindən dəqiq cavab verə bilməyiblər: "Yay mövsümündə bu reyslər mütləq həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti