Azərbaycan, Bakı, 30 may /Trend/
İyunun 3-dən Bakı Fond Birjasında (BFB) "Meqa Sığorta" şirkətinin 500 min manat həcmində qeydə alınan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır. Bu barədə Trend-ə BFB-dən məlumat verilib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 5000 manat olan 100 səhm buraxılıb. Tədavül müddəti 3 iyul 2013-cü ildə bitir.
Yerləşdirmənin anderrayteri kimi "Çelsi Kapital" MMC çıxış edir.
Emissiyanın yerləşdirilməsi ilə şirkətin nizamnamə kapitalı indiki 10 milyon manatdan 10,5 milyon manatadək artacaq.