...

Mərkəzi Bank: ÜDM-in ciddi şəkildə artırılması üçün Azərbaycan xarici bazarlara çıxmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2013 15:33 (UTC +04:00)
Ortamüddətli perspektivdə ÜDM-in ciddi şəkildə artırılması üzrə tapşırıqların həlli üçün Azərbaycan xarici bazarlara çıxmalıdır.
Mərkəzi Bank: ÜDM-in ciddi şəkildə artırılması üçün Azərbaycan xarici bazarlara çıxmalıdır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir A.Axundov/

Ortamüddətli perspektivdə ÜDM-in ciddi şəkildə artırılması üzrə tapşırıqların həlli üçün Azərbaycan xarici bazarlara çıxmalıdır.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədr müavini Xaqani Abdullayev Bakıda keçirilən "Baku Futures Forum"da çıxışında deyib.

O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatı son illər ərzində xeyli artım nümayiş etdirib, lakin ölkə qarşısında yaxın 10 ildə ÜDM-in ikiqat artırılması üzrə tapşırıq var: "Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi üzrə tədbirlər görürük, özəl və dövlət sektorları arasında səmərəli balansa çalışırıq. Bu məqsədə çatmaq üçün qeyri-neft ixracatının sürətli artımına nail olmaq lazımdır. Burada ölkənin xarici siyasəti böyük rol oynayır. Azərbaycan məhdud daxili bazarı olan kiçik ölkədir, buna görə də xarici bazarlara çıxmaq lazımdır".

Onun sözlərinə görə, belə inkişafa innovasiya və investisiyalar vasitəsilə nail olmaq olar.

Abdullayev bildirib ki, ölkə bölgələrinin böyük insan resursları var, paytaxta isə kapital cəmləşdirilib: "İnnovasiyalar vasitəsilə resurslarımızı insan kapitalına çevirmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti