...

Azərbaycanda may ayında istehlak deflyasiyası 0,4 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2013 18:56 (UTC +04:00)
2013-cü ilin may ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşmasına səbəb olub.
Azərbaycanda may ayında istehlak deflyasiyası 0,4 faiz təşkil edib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

2013-cü ilin may ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində unun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, əridilmiş pendirin, yağlı kəsmiyin, yumurtanın, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, bananın, alçanın, çiyələyin, kələmin, xiyar və pomidorun, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, xamanın, qarğıdalı yağının, almanın, armudun, göyərtinin, çuğundurun, kökün, soğanın qiymətlərində isə bahalaşma müşahidə olunub.

May ayında qeyri-ərzaq mallarından geyimin, inşaat materiallarından sulu və yağlı boyaların, parket üçün lakın, sementin, kəsilmiş taxtaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, tozsoranların qiymətləri ucuzlaşıb, ayaqqabıların, inşaat materiallarından nitro boyanın, pəncərə şüşəsinin, ağac yonqar və lifli lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün masa və kətilin, yataq mebelinin, çarpayının qiymətləri isə bahalaşıb.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma, ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti