...

Türkiyə milli gəlirini 1.3 trilyon dollara çatdırmağı hədəfləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2013 22:51 (UTC +04:00)
Türkiyənin inkişaf naziri Cevdet Yılmaz ölkənin "İnkişaf planı" ilə bağlı deyib ki, dövlət milli gəlirini 2018-ci ilədək 1.3 trilyon dollara çatdırmağı hədəfləyib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, göstərilən müddətdə adam başına düşən gəlir 16 min dollara yüksəldiləcək.
Türkiyə milli gəlirini 1.3 trilyon dollara çatdırmağı hədəfləyib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Türkiyənin inkişaf naziri Cevdet Yılmaz ölkənin "İnkişaf planı" ilə bağlı deyib ki, dövlət milli gəlirini 2018-ci ilədək 1.3 trilyon dollara çatdırmağı hədəfləyib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, göstərilən müddətdə adam başına düşən gəlir 16 min dollara yüksəldiləcək.

"Artıq 2 ildir ki, üzərində çalışdığımız plan 2014 və 2018-ci illəri əhatə edir. Plan təxminən 10 min insanın və 66 özəl komissiyanın iştirakı ilə hazırlanıb" - deyə nazir bildirib.

İnkişaf planında 2023-cü ilin ilk elementlərinin də müəyyənləşdirilməsinin hədəfləndiyini bildirən nazir deyib ki, milli gəlir 2018-ci ilədək 1.3 trilyon dollara, adam başına düşən gəlir 16 min dollara, ixracat isə 277 milyard dollara yüksəltməyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti