...

Bakıda saxta qadın geyimləri satan şəxs barəsində iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2013 18:11 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında fəaliyyət göstərən fiziki şəxs Vüqar Bayramova məxsus mağazada aparılan yoxlama zamanı fərdi sahibkar İlham İsayevə məxsus “SABRA” əmtəə nişanının təqlidi olan saxta qadın geyimlərinin satıldığı aşkar edilib.
Bakıda saxta qadın geyimləri satan şəxs barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında fəaliyyət göstərən fiziki şəxs Vüqar Bayramova məxsus mağazada aparılan yoxlama zamanı fərdi sahibkar İlham İsayevə məxsus "SABRA" əmtəə nişanının təqlidi olan saxta qadın geyimlərinin satıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Vüqar Bayramov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti