...

Bakıda mağazada qanunsuz reklam yayımı üzrə iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2013 17:02 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı “RV Distribyuşn” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 132 ünvanında yerləşən mağazada qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyənləşdirilib.
Bakıda mağazada qanunsuz reklam yayımı üzrə iş qaldırılıb

Azərbaycan, Bakı, 23 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı "RV Distribyuşn" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 132 ünvanında yerləşən mağazada qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, "RV Distribyuşn" MMC-nin sifarişi ilə www.endirimler.az saytında müəssisəyə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 132 ünvanında yerləşən mağazada satışda olan mallara endirim tətbiq olunması barədə reklamlar yayımlansa da, həmin mağazada aparılmış yoxlama zamanı satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi aşkar edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və mağazanın məxsus olduğu "RV Distribyuşn" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və 4,9 min manat maliyyə sanksiyası tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti