...

Peugeot və BMW-nin ortaq mühərriki hansıdır?

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2013 10:28 (UTC +04:00)
Peugeot 1.6 litrlik turbo benzin mühərriki İlin Mühərriki adını alıb. Almaniyada Ştutqart şəhərində təqdim edilən bu adı Beynəlxalq Mühərrik Texnologiyası jurnalı artıq 7-ci dəfədir ki, Peugeot mühərrikinə verir.
Peugeot və BMW-nin ortaq mühərriki hansıdır?

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Peugeot 1.6 litrlik turbo benzin mühərriki İlin Mühərriki adını alıb. Almaniyada Ştutqart şəhərində təqdim edilən bu adı Beynəlxalq Mühərrik Texnologiyası jurnalı artıq 7-ci dəfədir ki, Peugeot mühərrikinə verir. Peugeot-nun BMW ilə əməkdaşlığının nəticəsi olan 1,6 litrlik, 4 silindrli, birbaşa püskürtməli bu mühərrik Fransada Duvrində istehsal olunur. Mühərrik Peugeot modelləri ilə yanaşı, BMW-nin Mini modellərində də yerləşdirilib.

Avropa, Yaponiya, Amerika avtomobil nəhənglərinin 1.4 - 1.8 litrlik mühərrikləri arasından məhz bu modelin seçilməsinə səbəb nədir? Nə üçün dünyanın 36 ölkəsindən 76 avtomobil mediasının təmsilçiləri 7-ci ildir ki, eyni ada üstünlük verirlər?

Peugeot 1.6 litrlik turbo benzin mühərriki Peugeot RCZ, 208 GTi, 308 CC və 308 GTI modellərində 200, Peugeot 208 Gti-da 220 at gücü ilə işləyir.

Başqa avtomobillərin 2.4 litrlik mühərriklərinin verdiyi bu gücü Peugeot mühərrikinin nümayiş etdirməsinə səbəb nədir? Silindrlərin fəaliyyətində havanın tənzimlənməsini, materialların çəkisini, püskürtmənin formasını və sıxılma əmsalını təkmilləşdirməklə mühərrikin gücünün artırmaqla bərabər, ötən nəsillə müqayisədə 10% qənaətcillik də əldə edilib.

Peugeot mühərriki ilə İlin Mühərriki adı uğrunda Volkswagen 1.6 TFSI və 1.8 TDI, Ford/Volvo/Mazda 1.6-litr turbo, Toyota/Lexus 1.8-litr elektrik-benzin hibrid, Mercedes-Benz 1.6-litr turbo mühərrikləri mübarizə aparırdı. Lakin Avropa avtomobil sənayesi nəhənglərinin geniş tanınan modelləri - Ford-un Focus, Kuga, Escape, Fusion modelləri, Audi-nin A3, A4, TT, A5, Seat-ın Leon, Ibiza, Škoda-nın Octavia, Volkswagen-in Polo, Golf, Passat, Mercedes-Benz A180, CLA180, B180, A200, CLA200 və başqa modellərdə yerləşdirilmiş bu mühərriklərin öz güc və texnologiyası ilə Peugeot mühərrikindən geridə qaldığı bildirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti