...

Payızda Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2013 12:00 (UTC +04:00)
Payızda Bakıda Azərbaycan-ABŞ biznes forumunun keçirilməsi gözlənilir.
Payızda Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir H. Vəliyev/

Payızda Bakıda Azərbaycan-ABŞ biznes forumunun keçirilməsi gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ABŞ-da biznesin təşviqilə məşğul olan bir çox şirkətlər mövcuddur: "Onlardan birilə əməkdaşlıq edirik, bunun sayəsində biznes forum Bakıda baş tutacaq".

Forum fəaliyyətin müxətlif istiqamətlərini əhatə edəcək. Bura kənd təsərrüfatı, qida sənayesi, bərpa olunan enerji, turizm və s. daxildir.

Fond rəhbəri qeyd edib ki, biznes forum ümumilikdə iqtisadiyyatın təqribən 12 sahəsini əhatə edəcək: " Həmin sektorlarda birgə əməkdaşlıq planlaşdırılır".

R. Məmmədov deyib: "Biz həmçinin, əməkdaşlığı ixracat baxımından nəzərdən keçiririk. Xüsusilə neft məhsullarını. Bu məqsədlə ABŞ şirkətlərini Azərbaycana dəvət edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti