Azərbaycan, Bakı, 15 avqust /Trend /
"British Airways" Azərbaycana qayıtdıqdan sonra regiona olan bağlılığını artırmaq üçün Orta Asiya və Levant ölkələri üzrə Mayk Roku satış meneceri təyin edib.
Şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir ki, Mayk Rokun yeni pozisiyasının öhdəliklərinə "British Airways"-in Azərbaycan, Qazaxıstan, Livan və İordaniyada satış komandalarını idarə etmək, regionda hava yolları şirkətinin inkişafını dəstəkləmək və satışlara nəzarət etmək daxildir.
Regionun satış üzrə meneceri olaraq, Mayk Rok korporativ səyyahlar üçün uyğun inkişaf həllərinə, region üçün xüsusi satış təkliflərinə, habelə yerli hava yolları şirkətləri və səyahət agentləri ilə əlaqəyə cavabdehdir.
Nottingem Universitetində Fransız dili və Tarix kursunu bitirdikdən sonra, Mayk Rok 2007-ci ildə British Airways şirkətinin məzunlar üçün inkişaf sxeminə qoşulub. 2012-ci ilin avqust ayından yeni təyinatına qədər, Rok Koreyada əsaslanıb. O, Koreyada British Airways-in ticarət əməliyyatlarına nəzarət edib və bu işi 2012-ci ilin sonunda Seul uçuşlarının başlamasına qədər gətirib.
Orta Şərq və Mərkəzi Asiya sahəsi üzrə kommersiya meneceri Paolo de Renzis bildirib: "Maykın Avropa və Afrika, habelə Koreya üzrə kommersiya tətbiqi meneceri pozisiyasında əldə etdiyi təcrübə, onun, özündə British Airways-in bütün şəbəkəsi üzrə kommersiya əməliyyatları haqqında böyük bilikləri daşıması deməkdir".
"Bizim Bakı uçuşları ilə bağlı və British Airways-a bir çox imkan təqdim edən regionda işlərimiz çox yaxşı gedir. Maykın komandaya qoşulması üçün daha yaxşı bir fürsət ola bilməzdi".
Son təyinatını şərh edərək Rok bildirib: "Əvvəlki, Avropa və Afrika üzrə kommersiya tətbiqi meneceri vəzifəmin bir hissəsi olaraq, mən BMI-ın British Airways ilə inteqrasiyasına ayrı əhəmiyyət verirdim. Bu prosesin böyük hissəsi, inteqrasiyanı mümkün olduğu qədər yumşaq həyata keçirmək üçün, müştəriləri dinləmək və onların nəzəriyyəsini öyrənməkdən ibarət idi. Orta Asiya və Levant regionlarının komandaları ilə inteqrasiya üzrə sıx əməkdaşlıqdan sonra, satış üzrə menecer vəzifəsində çalışmağa çox şadam. British Airways-in regionda və xüsusi ilə Azərbaycanda həyata keçiriləcək genişlənməsini səbirsizliklə gözləyirəm".
Yeni pozisiyasında, Mayk vaxtını British Airways-in London Hitrouda yerləşən qlobal qərargahı və rəhbərliyi altında olan dörd ölkə arasında böləcək.