Azərbaycan, Bakı, 20 avqust /Trend /
Avqustun 23-dən etibarən Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu"-nun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Bu barədə AİF-in yaydığı məlumatda bildirilir.
Hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100,4833 faiz qiymətlə satışa çıxarılacaqdır.
İstiqrazların ödənmə tarixi - 06 noyabr 2022-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir.
İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.