...

Yaponiya hökuməti Azərbaycanda imzalanmış qrant müqavilələrinin dəyərini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 18:58 (UTC +04:00)
Sentyabrın 13-də Yaponiya hökumətinin maliyyə dəstəyi ilə “Masallının Güllütəpə kəndində tibb məntəqəsinin tikinitisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçiriləcək.
Yaponiya hökuməti Azərbaycanda imzalanmış qrant müqavilələrinin dəyərini açıqladı

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Sentyabrın 13-də Yaponiya hökumətinin maliyyə dəstəyi ilə "Masallının Güllütəpə kəndində tibb məntəqəsinin tikinitisi" layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçiriləcək.

Yaponiya səfirliyindən Trend-ə verilən məlumata görə, sözügedən mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin və Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun iştirakı gözlənilir.

Aıçəkilən layihə üzrə qrant müqaviləsini Yaponiya tərəfindən səfir Ş.Vatanabe və Azərbaycan tərəfindən "İnkişaf 2006" təşkilatının icraçı direktoru Fizuli Abiyev imzalayacaqlar.

Layihənin əsas məramı Masallının Güllütəpə və qonşu beş kəndinin sakinlərinin tibbi xidmətdən istifadəsi üçün lazımi şərait yaratmaqdır. Layihədən faydalanacaq əhalinin sayı 6 800 nəfərdən çoxdur. Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 110,957 ABŞ dolları təşkil edir.

Bu layihə daxil olmaqla Masallıda iki layihə üzrə müqavilə imzalanıb:

İl

layihələr

Qrantın miqdarı

2003

Masallının Mollaoba kəndində məktəb binasının tikintisi

$74,082

2013

Masallının Güllütəpə kəndində tibb məntəqəsinin tikintisi

$110,957

Cəmi

$185,039

Sentyabrın 14-də isə Lerik rayonunda "Lerikin mərkəzi xəstəxanasının pediatriya şöbəsinin təmiri" layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçiriləcək. Tədbirdə səfiri Ş.Vatanabenin və Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun iştrakı gözlənilir.

Bu layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə "Yerli İdarəetməyə Yardım İctimai Birliyi" arasında 2013-cü il martın 4-də imzalanıb.

Layihənin əsas məqsədi Lerikin özündə və kəndlərində yaşayan müalicəyə ehtiyacı olan uşaqlar üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Layihədən faydalanacaq uşaqların sayı 22 min nəfərdir. Layihənin ümumi məbləği 123,246 ABŞ dolları təşkil edir.

Hazırkı layihə də daxil olmaqla bu vaxta qədər Lerikdə 3 layihə üzrə qrant müqaviləsi imzalanıb:

İl

Layihələr

Qrantın miqdarı

2003

Lerikdə orta məktəbin inşası

$80,813

2012

Lerikin Şingədulan kəndində tibb məntəqəsinin tikintisi

$102,696

2013

Lerikin mərkəzi xəstəxanasının pediatriya şöbəsinin təmiri

$123,246

Cəmi

$306,755

"Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" bələdiyyələr, tibb institutları və QHT-lərin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standardlarının yaxşılaşdırılması olan layihələrini dəstəkləyir. Bu cür layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin artırılmasına yönəldilmiş sahələrdə həyata keçirilə bilər. Bu layihələr də daxil olmaqla, Azərbaycanda imzalanmış qrant müqavilələrinin ümumi sayı 170 və dəyəri 13,733,902 ABŞ dolları təşkil edir.

Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1 milyard ABŞ dollarını keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti