...

İstehlaka yararsız 340 kq-a yaxın ərzaq malları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 19:50 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız ərzaq malları aşkarlanıb.
İstehlaka yararsız 340 kq-a yaxın ərzaq malları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız ərzaq malları aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Xətai, Qaradağ, Suraxanı rayonlarında, Sumqayıt, Bərdə şəhərində, Xaçmaz, Ağdam rayonlarında aparılan yoxlamalar zamanı 340 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-yexniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti