...

Türkiyə növbəti peyki buraxmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2013 11:18 (UTC +04:00)
Türkiyə TÜRKSAT 6A rabitə peykinin buraxılışına hazırlaşır.
Türkiyə növbəti peyki buraxmağa hazırlaşır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə TÜRKSAT 6A rabitə peykinin buraxılışına hazırlaşır. Bu barədə Trend "Sabah" qəzetinə istinadən xəbər yayır.

Məlumata görə, peyk layihəsinin maliyyələşdirilməsi məsələsini öz üzərinə ölkə hökuməti götürüb. Layihənin hazırlanması üzrə işlərə qarşıdakı aylarda, bilavasitə peykin tikintisi üzrə işlərə isə gələn ildən başlanılacaq.

Türkiyə 2012-ci ilin dekabrın 18-də Çinin "Jiquan" bazasından "Göktürk-2" adlı peykini kosmosa buraxıb. Peyk müdafiə məqsədləri üçün istifadə olunur.

Türkiyənin ilk kəşfiyyat peyki olan "RASAT" isə 2011-ci ildə kosmosa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti