...

Dövlət Komitəsinin orqanı beynəlxalq akkreditasiya üçün Türkiyə Akkreditasiya Qurumu tərəfindən audit olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2013 14:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO 17021:2011 standartının tələbləri üzrə Türkiyə Akkreditasiya Qurumu (TürkAk) tərəfindən akkreditasiya olunmaq məqsədilə işləri davam etdirir.
Dövlət  Komitəsinin orqanı beynəlxalq akkreditasiya üçün Türkiyə Akkreditasiya Qurumu tərəfindən audit olunur

Azərbaycan, Bakı, 25 sentyabr /Trend /

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO 17021:2011 standartının tələbləri üzrə Türkiyə Akkreditasiya Qurumu (TürkAk) tərəfindən akkreditasiya olunmaq məqsədilə işləri davam etdirir. Bu barədə Trend-ə çərşənbə günü komitədən daxil olan məlumatda deyilir.

Bununla bağlı sertifikatlaşdırma orqanının fəaliyyətinin müvafiq qaydada auditi keçirilməkdədir. 27 sentyabr 2013-cü il tarixinədək aparılacaq auditi TürkAk-ın ekspertləri həyata keçirməkdədir. Onlar AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanının fəaliyyəti ilə yanaşı, orqan tərəfindən İSO 9001:2008 standartı üzrə sertifikatlaşdırılmış müəssisələrin fəaliyyətini yoxlayacaqlar. Həmçinin AzTEST tərəfindən "AKKORD Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Mingəçevir Maşınqayırma Zavodunda keciriləcək sertifikatlaşdırma xidməti türkiyəli ekspertlər tərəfindən izləniləcək. Sonda nəticələrə əsasən sertifikatlaşdırma orqanının İSO17021:2011 standartı üzrə akkreditasiya olunması üçün TürkAk tərəfindən qərar qəbul olunacaq. Məlumat üçün bildirək ki, İSO 17021:2011 beynəlxalq standartı uyğunluğun qiymətləndirilməsi orqanlarına, auditin keçirilməsinə və menecment sisteminin sertifikatlaşdırılmasına olan tələbləri özündə əks etdirir. Bu standart əsasında beynəlxalq akkreditasiya sənədi almış orqanlar müəssisələrdə idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində sertifikatlaşdırılmasını həyata keçirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti