Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/
Bakı-Böyük Kəsik dəmiryolunun moodernləşdirilməsi və yenidənqurulması çərçivəsində 280 km dəmiryolu əsaslı təmir olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərbaycan Dəmir Yolları" QSC rəhbəri Arif Əsgərovun "Xalq qəzeti" qəzetində dərc oluan məqaləsində bildirilir.
QSC rəhbəri vurğulayıb: "Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir və hazırda yolun 280 km-I əsaslı təmir olunub".
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.
Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının Nəzarət qrupu müşahidə edir.