...

"Bank of Baku" əlavə xərc ödəmədən kreditə mobil telefonlar təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2013 16:11 (UTC +04:00)
İntegralPlus mağazalar şəbəkəsi Bolkart sahibləri üçün bütün Sony mobil telefonlarına sərfəli satış kampaniyasına başlayır.
"Bank of Baku" əlavə xərc ödəmədən kreditə mobil telefonlar təklif edir

Azərbaycan, Bakı, 4 oktyabr/Trend/

İntegralPlus mağazalar şəbəkəsi Bolkart sahibləri üçün bütün Sony mobil telefonlarına sərfəli satış kampaniyasına başlayır.

"Bank of Baku" ASC-dən cümə günü Trend-ə verilən məlumata görə, Bolkart istifadəçiləri İntegral Plus mağazalar şəbəkəsindən Sony telefonlarını əlavə xərcsiz əldə edib dəyərini 12 aya bölüb ödəniş edə bilərlər.

Belə ki, 560 manatlıq Sony Xperia Z telefonunu ayda cəmi 46 manat 67 qəpik, 282 manatlıq Sony Xperia L telefonunu isə ayda cəmi 23 manat 50 qəpik ödəməklə əldə etmək olar.
Kampaniya 31.10.2013-cü il tarixinə kimi etibarlıdır.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün İntegral şirkətinin *9494, "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Bu gün 150.000-dən çox Azərbaycan vətəndaşı Bolkart-dan gündəlik istifadə edir. Kart sahibləri dükan və ticarət mərkəzlərində alış-veriş edir, vaxtaşırı kartdan nağd pul çıxarır və digər üstünlüklərdən bəhrələnir. Bolkart vasitəsilə ölkəmizin istənilən mağazasında, həmçinin dünyanın istənilən ölkəsində və internetdə alış-veriş etmək mümkündür. Bolkart müştəriyə pulsuz verilir.

Kartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Ətraflı məlumat: www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti