...

"Bank Technique" VISA kart sahiblərinə imtiyazlar təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2013 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

"Bank Technique" və VISA ödəmə sistemi premium kart sahiblərinə yeni imtiyazlardan faydalanmağı təklif edir.

Belə ki, bankın VISA Gold kart sahibləri 2013-cü ilin sonuna qədər "Faro" qızıl və gümüş məmulatları mağazasında, "Park Cinema" kinoteatrında, "Lilac" gül butikində, "МegaSun" şirkətində, "Segafrdo Zanetti" kafesində və "Bakıtur" turizm agentliyində endirimlər eldə edirlər.

Bankın VISA Platinum kart sahibləri ilin sonuna qədər "Sumakh" və "O`ra Lounge" restoranlarında, "Sea Breeze" hotelində, "Ant Hill" zərgərlik butikində, "Elite Travel" turizm şirkətində və "Game Center" əyləncə və istirahət mərkəzində endirimlərdən faydalana biləcəklər.

Bankın VISA Infinite kart sahiblərini isə ilin sonuna qədər "Opera Lounge" restoranında, "Vitrage" qızıl məmulatları mağazasında, "Lilac" gül butikində, "Teatro Boutique" hotelində, "Segafrdo Zanetti" kafesində və "STI Travel" şirkətində endirimlər gözləyir.

Qeyd edilən bütün növ imtiyazlardan faydalanmaq üçün ödənişi VISA premium kartları vasitəsilə həyata keçirmək kifayətdir. Bundan əlavə, "Bank Technique"in premium kart sahibləri bir sıra digər xidmətlərdən istifadə etdikdə üstünlüklər qazana bilərlər.

Daha ətraflı məlumat üçün: http://www.visapremium.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti