...

“Bank of Baku”ın bonuslu kartının istifadəçilərinin sayı 15 mini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2013 12:52 (UTC +04:00)
19 oktyabr tarixində Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan Bolkartın kütləvi dövriyyəyə buraxılmasından düz iki il ötür.
“Bank of Baku”ın bonuslu kartının istifadəçilərinin sayı 15 mini ötüb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

19 oktyabr tarixində Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan Bolkartın kütləvi dövriyyəyə buraxılmasından düz iki il ötür. Bu abrədə Trend-ə bankdan daxil olan məlumatda deyilir.

Bu zaman kəsiyində Bolkart ölkə vətəndaşları arasında böyük populyarlıq qazanıb və bu gün artıq 150.000-dən çox insan bu kredit kartından gündəlik istifadə edir.
"Bank of Baku"-ya məxsus Bolkartın əsas üstünlüyü alınan malın dəyərini 1,3,6 və ya 12 aya bərabər hissələrə bölüb ödəmək imkanından ibarətdir. Bolkart müştəriyə pulsuz verilir.

Bu ilin yanvar ayında Bolkart istifadəçilərinin sayı 60.000 idi. Beləliklə, ötən bir neçə ay ərzində Bolkart istifadəçilərinin sayı iki dəfədən çox artıb.

Bolkartın digər kredit kartları ilə müqayisədə əsas üstünlükləri isə bunlardır:

• MasterCard loqolu Bolkart ilə istənilən dünya ölkəsində birbaşa və onlayn alış-veriş imkanı

• Azərbaycanın1000-dən çox mağaza və ticarət mərkəzlərində alış-veriş

• Vaxtaşırı kartın balansındakı limiti nağdlaşdırmaq imkanı

• 5000 manatlıq maksimal balans

• MasterCard loqolu Bolkart xüsusi çiplə təmin edilib və POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz və rahatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti