...

ECOCARAT zərərli maddələri və xoşagəlməz qoxuları aradan qaldırır (Video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2013 12:56 (UTC +04:00)
Materialın məsaməli strukturu sayəsində ECOCARAT artıq nəmi hopdurur, nəmliliyi müvafiq səviyyədə saxlayır, pəncərə şüşələrində kondensatın yaranmasını azaldır, zərərli maddələri və xoşagəlməz qoxuları aradan qaldırır.
ECOCARAT zərərli maddələri və xoşagəlməz qoxuları aradan qaldırır (Video)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Materialın məsaməli strukturu sayəsində ECOCARAT artıq nəmi hopdurur, nəmliliyi müvafiq səviyyədə saxlayır, pəncərə şüşələrində kondensatın yaranmasını azaldır, zərərli maddələri və xoşagəlməz qoxuları aradan qaldırır.

Rütubətin tənzimlənməsi

ECOCARAT divarların diatom səthləri ilə müqayisədə rütubəti 4-5 dəfə və hidroskopik divar kağızları ilə müqayisədə isə 15 dəfə daha yaxşı udmaq və ifraz etmək qabiliyyətinə malikdir (INAX şirkəti tərəfindən həyata keçirilmiş sınaqlara əsaslanıb). Otaqda rütubət artan zaman ECOCARAT məsamələri artıq rütubəti canına çəkir. Əksinə, otaqda rütubət azalırsa, məsamələr əvvəlcə hopdurulmuş nəmi buraxır. Beləliklə, ECOCARAT havanın həm həddindən artıq rütubətliliyinin, həm də həddindən artıq quruluğunun qarşısını almaqla müvafiq rahatlıq yaradacaq rütubət səviyyəsini qoruyur (40-70%), bu isə öz növbəsində dəriyə və burun-udlaq nahiyəsinə daha xoş duyğular bəxş edir. ECOCARAT pəncərə şüşələrində kondensatı əvvəlki səviyyələrlə müqayisədə 1/1/5 az səviyyəyə qədər aşağı salır (INAX şirkəti tərəfindən həyata keçirilmiş sınaqlara əsaslanır).

Zərərli maddələrin hopdurulması

ECOCARAT formaldehid və toluol kimi toksinləri tez və təsirli şəkildə hopdurur. Adi tikinti materialları formaldehid, toluol, eləcə də insan sağlamlığına ziyan vura biləcək digər zərərli üzvi birləşmələri yaradır. Bu cür materiallardan fərqli olaraq ECOCARAT zərərli üzvi birləşmələri (Z.Ü.B.) hopdurmaq və bununla da onların otağın havasında toplanmasını məhdudlaşdırmaq xüsusiyyətinə malikdir. Qoxular və Z.Ü.B. ECOCARAT-ın səthində mövcud olan ionlu kimyəvi birləşmələri yaradır. Kimyəvi hopdurma tez və təsirli şəkildə qoxuları və Z.Ü.B. hopdurur, bundan sonra asta-asta və kiçik miqdarda onları geri ifraz edir.

Xoşagəlməz qoxuların aradan qaldırılması.

Ayaqyolu, siqaret, heyvanların və çürüyən zibilin qoxuları məişəti korlayan xoşagəlməz qoxular sırasına aiddir. ECOCARAT qoxulara səbəb olan ammonyakı, hidrogen sulfidini və digər maddələri hopduraraq, bu qoxuları azaldır. ECOCARAT diatomit kərpicindən olan divarlardan daha yaxşı dezodorant effektini verir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti