...

Azərbaycanda səhiyyə sahəsində məqsədyönlü proqramlara 540 milyon dollar ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 17:43 (UTC +04:00)
Son illərdə səhiyyə sahəsində məqsədyönlü proqramların icrasına dövlət büdcəsindən 423 milyon manat ayrılıb.
Azərbaycanda səhiyyə sahəsində məqsədyönlü proqramlara 540 milyon dollar ayrılıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir A.Axundov/

Son illərdə səhiyyə sahəsində məqsədyönlü proqramların icrasına dövlət büdcəsindən 423 milyon manat ayrılıb. Trend-in məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı Milli Məclisin Sosial siyasət komitəsinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu proqramlar öz səmərəliliyini nümayiş etdirib.

Nazir müavini bildirib: "Bu gün dövlət büdcəsindən konkret proqramların reallaşdırılmasına yeddi-səkkiz il bundan əvvəl bütün səhiyyə sahəsinə ayrılan qədər vəsait ayrılır".

Qeyd edək ki, 2014-cü il dövlət büdcəsi layihəsində səhiyyə xərclərinin 14 faiz artırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti