...

Avrasiya Gömrük İttifaqı 2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2013 14:14 (UTC +04:00)
Avrasiya Gömrük İttifaqı ölkələri ərazisinə ixrac edilən çini qablara görə 2016-cı il sentyabrın 28-dək xüsusi rüsum tətbiq edilir.
Avrasiya Gömrük İttifaqı 2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib

Azərbaycan, Bakı, 14 dekabr/Trend, müxbir E. Əliyev/

Avrasiya Gömrük İttifaqı ölkələri ərazisinə ixrac edilən çini qablara görə 2016-cı il sentyabrın 28-dək xüsusi rüsum tətbiq edilir. Trend-in Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, bu barədə Avrasiya İqtisadi Komitəsi kollegiyasının qərarında deyilir.

Qərara əsasən, xüsusi rüsumun qiyməti dəyişdiriləcək. Belə ki, 2014-cü il sentyabrın 28-dək 1 ton məhsulun qiyməti 1479 dollar həcmində, 2014-cü il sentyabrın 29-dan 2015-ci il sentyabrın 28-dək 1035,3 dollar, 2015-ci il sentyabrən 29-dan 2016-cı il sentyabrın 28-dək 591,6 dollar müəyyənləşdirilir.

Məlumata görə, bu addım Çin istisna olmaqla, Gömrük İttifaqının tarif üstünlüklərindən yararlanan inkişaf etmiş ölkələrdə istehsal edilən mallara şamil edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti