...

SKMF Xaçmazda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2013 12:18 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il dekabrın 20-də Xaçmaz şəhərində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.
SKMF Xaçmazda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il dekabrın 20-də Xaçmaz şəhərində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.

Fonddan Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xaçmaz rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- müasir çörək zavodunun yaradılması;
- müasir süd emalı müəssisəsinin yaradılması;
- müasir meyvə emalı müəssisəsinin yaradılması;
- cins heyvandarlıq təsərrüfatının yaradılması;
- intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti