...

Litvanın turizm imkanları Azərbaycanda təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2014 12:16 (UTC +04:00)
Litvanın Təsərrüfat Nazirliyi yanında Turizm üzrə Dövlət Departamenti fəal şəkildə Avropa, Amerika və Asiya ölkələrində biznes missiyaları həyata keçirir.
Litvanın turizm imkanları Azərbaycanda təqdim olunacaq

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Litvanın Təsərrüfat Nazirliyi yanında Turizm üzrə Dövlət Departamenti fəal şəkildə Avropa, Amerika və Asiya ölkələrində biznes missiyaları həyata keçirir.

Litvanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 14-də departament Litvanın Azərbaycandakı səfirliyi ilə birlikdə sahibkarlar, KİV nümayəndələri, eləcə də turizm xidmətləri göstərən Azəbaycan firmaları üçün Litvada turizmin perspektivləri ilə tanış olmaq imkanı yaradır.

Bakıdakı tədbir zamanı Litvada turizmin açılmamış imkanları təqdim olunacaq.

Departamentin direktoru Raymond Balnene tədbir iştirakçılarını "Kəhrəbanın dünya yolu" adlı unikal beynəlxalq layihə və turizm sektorunun xəbərləri ilə tanış edəcək.

Tədbirin qonaqları Litvanın Kurortlar Assosiasiyasının direktoru Yurgit Kazlauskene və Litvada tibbi turizm klasterinin nümayəndəsi Qrajdivas Morkus turizm sahəsindəki əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilyute təbrik nitqi ilə çıxış edəcək.

Tədbir iştirakçıları Litva kulinariyası ilə tanış ola və məşhur ənənəvi Litva xörəklərinin dadına baxa biləcəklər.

Tədbir iştirakçıları, həmçinin qonaqları kəhrəbadan hazırlanmış innovativ sərgi ilə təəccübləndirməyi planlaşdırırlar.

Tədbir "Hotel Excelsior Baku" mehmanxanasında (Heydər Əliyev prospekti 2, Bakı, Azərbaycan) keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti