...

Azərbaycanın iri bankı auditor seçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2014 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Beynəlxalq Bankı (ABB) bankın və onun törəmə strukturlarının birləşdirilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi üçün xarici auditorun seçimi üzrə açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının cümə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Məlumata görə, ABB-nin və onun törəmə strukturlarının - Azərbaycan Beynəlxalq Bankı - Moskva", "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan" SC, "Beynəlxaql Sığorta Şirkəti " ASC, "Azericard" MMC-nin hesabatları 2014-cü ilin birinci rübündə və ümumilikdə il ərzində beynəlxalq maliyyə hesabatlılığına və beynəlxalq audit standartlarına uyğun yoxlanılmalıdır.

Tenderdə iştirakın dəyəri 500 manatdır. Onun şərtlərinə görə, 2014-cü ilin birinci yarım ili ərzində auditor hesabatlarının yekunları cari ilin 15 sentyabr, ümumilikdə 2014-cü il üçün isə 2015-ci il 1 aprel tarixindən gec olmayaraq təqdim edilməlidir.

Tender təklifləri 2014-cü il 3 mart saat 18:00-dək təqdim olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti