Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir S.Ağayeva/
Ermənistanın Gömrük İttifaqına daxil olması il bağlı istənilən məsələyə diqqətlə baxılacaq və bütün qərarlar beynəlxalq hüquqa müvafiq şəkildə həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Belarusun Bakıdakı səfiri Nikolay Patskeviç bildirib.
Diplomat deyib: "Əgər Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı hansısa problem yaranarsa, onda onlara mütləq hərtərəfli şəkildə baxılacaq və qərar qəbul edilərkən bütün tərəflərin mövqeləri nəzərə alınacaq. Gömrük İttifaqının iştirakçısı olan bütün ölkələrin rəsmi mövqeyi bəllidir".
Üç ölkənin Gömrük İttifaqı 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Qırğızıstan, Moldova, Suriya, Vyetnam, Yeni Zelandiya, Ermənistan Gömrük İttifaqına daxil olmaq barədə istəklərini bəyan ediblər.