...

Azərbaycanda mühasibat uçotu sistemində aparılan islahatlara beynəlxalq maraq artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2014 15:52 (UTC +04:00)
Avstriyanın Vyana şəhərində Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzi (World Bank Centre for Financial Reporting Reform (CFFR) tərəfindən “Mühasibat uçotu və Auditin təhsili üzrə Peşəkarlar Birliyinin praktiki seminar”ı təşkil edilib. Bu barədə Trend Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda mühasibat uçotu sistemində aparılan islahatlara beynəlxalq maraq artır

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Avstriyanın Vyana şəhərində Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzi (World Bank Centre for Financial Reporting Reform (CFFR) tərəfindən "Mühasibat uçotu və Auditin təhsili üzrə Peşəkarlar Birliyinin praktiki seminar"ı təşkil edilib. Bu barədə Trend Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycanın korporativ və büdcə sektorlarında hesabatlılıq layihəsi"nin idarəetmə qrupunun direktoru Fuad Nəsirov və Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov seminarda iştirak ediblər.

Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzinin baş maliyyə məsləhətçisi Aleksander Favcet və F.Nəsirov seminarda "Azərbaycan - mühasibat uçotu sahəsində yeni kvalifikasiyanın yaradılması: cağırışlar və imkanlar" mövzusunda məruzə ilə çıxış ediblər. Çıxışlarda respublikamızda korporativ və büdcə sektorlarında hesabatlılıq layihəsi çərçivəsində əldə edilmiş təcrübədən, yaradılmış hibrid kvalifikasiya modelinin üstünlüklərindən bəhs olunub.

A.Favcet Azərbaycanda əldə edilmiş təcrübənin Şərqi Avropa və MDB ölkələrində tətbiqini tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti