...

Azərbaycan təkrar sığorta şirkətlərinin kapitalına tələbləri ikiqat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 10:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi təkrar sığorta şirkətlərinin ümumi kapitalının minimal məbləğinə tələbləri indiki 10 milyon manatdan 20 milyon manata qədər artıracaq. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin sahibkarlıq fəaliyyəti üçün icazə sənədləri haqqında www.icazeler.gov.az. portalında yerləşdirilmiş sığorta və təkrar sığorta edənlər üçün kapitalın minimal məbləğinə tələblərin təyin edilməsi haqqında qərar layihəsində deyilir.

Bundan başqa, təkrar sığorta fəaliyyəti üçün lisenziya almaq istəyən sığorta şirkətlərinin kapitalı 2014-cü il martın 1-dən 2,5 milyon manat məbləğində, 2015-ci il aprelin 1-dən isə beş milyon manat məbləğində olan minimal tələbləri ötməlidir.

Ötən il Azərbaycanın sığorta qanunvericiliyinə edilən dəyişikliklərə görə, təkrar sığorta əməliyyatlarının aparılması üçün sığorta edənlərə indi fəaliyyətin bu növünə görə əlavə lisenziya almaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti