...

Aİ Azərbaycanı ÜTT-də görəcəyinə ümid edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2014 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir S.Əhmədova/

"Avropa İttifaqı dünyanın ən böyük bazarıdır. Bu bazar böyük potensiala malikdir. Biz Azərbaycan ilə ticarət və iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindəyik". Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iclasında çıxışı zamanı qeyd edib.

O bildirib ki, strateji tərəfdaşlıq müqaviləsi üzərində danışıqlar gedir: "Biz Azərbaycanın ÜTT-yə üzvlüyü prosesini də yaxından izləyirik. Bunun üçün vaxt lazımdı. Ümid edirik ki, buna nail olacağıq və Azərbaycanı ÜTT-də görəcəyik".

M.Mard qeyd edib ki, Azərbaycan rəqabətqabiliyyətlilik indeksinə görə 39 cu yerdədir: "Bu, böyük irəliləyişdir. Lakin gömrük, vergi sahəsində də problemlər var. Bunlar da gündəlikdədir".

Aİ rəsmisinin sözlərinə görə, investisiya yatırımı da vacib məsələdir. M.Mard bildirib ki, Aİ və Azərbaycan biznes və turizm sahəsində də əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti