...

Qubernator: Azərbaycanın logistik mərkəzi Qazaxıstanın ərzaq təhlükəsizliyini dəstəkləyir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 13:04 (UTC +04:00)
Aktauda (Qazaxıstanın Manqistau vilayəti) Azərbaycanın investisyaları ilə tikilən iri logistik mərkəz Qazaxıstanın ərzaq təhlükəsizliyinin dəstəklənməsinə öz töhfəsini verəcək.
Qubernator: Azərbaycanın logistik mərkəzi Qazaxıstanın ərzaq təhlükəsizliyini dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Əliyev/

Aktauda (Qazaxıstanın Manqistau vilayəti) Azərbaycanın investisyaları ilə tikilən iri logistik mərkəz Qazaxıstanın ərzaq təhlükəsizliyinin dəstəklənməsinə öz töhfəsini verəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Mangistau vilayətinin qubernatoru Alik Aydarbayev bəyan edib. Onun başçılıq etdiyi Qazaxıstanın nümayəndə heyəti Bakıda ikigünlük səfərdədir.

Aydarbayev Azərbaycan-Qazaxıstan biznes forumunda çıxış edərkən deyib: "İndi bu mərkəzin Aktau xüsusi iqtisadi zonasında qeydiyyatı prosesi başa çatır. Əminəm ki, layihə ona yatırılan vəsaiti çıxaracaq".

Qubernatorun sözlərinə görə, Azərbaycan çoxdan və uğurla özünü Qazaxıstanın etibarlı tərəfdaşı kimi göstərib: "Artıq uğurlu birgə müəssisələr mövcuddur. Belə BM-dən biri 2007-ci ildə istismara verilən Bakı Taxıl Terminalıdır. Terminal Qazaxıstandan idxal olunan taxılı tədarük edir. Sonralar layihə genişləndirildi - iki milyon dollardan artıq dəyəri olan əlavə kompleks, eləcə də 2,6 milyon avrodan artıq məbləğə başa gələn unüyüdən kompleks tikildi".

Onun sözlərinə görə, Xəzər dənizi ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır: "Xəzərin nəqliyyat potensialından istifadə etmək lazımdır. Mangistau vilayəti bu baxımdan unikal regiondur. O, Qazaxıstanda inkişaf etmiş nəqliyyat infrastrukturuna, dəniz limanına və xüsusi iqtisadi zonaya malik yeganə rayondur. Vilayətdə 150-dən artıq Azərbaycan investisiyalı müəssisə, şirkət, hüquqi şəxs fəaliyyət göstərir. 2013-cü ilin yekunları üzrə bizim regionun Azərbaycanla xarici ticarət dövriyyəsi 46 milyon dollardır. Mövcud əməkdaşlıq onun real potensialını əks etdirmir və əminəm ki, gələcəkdə ölkələrimiz arasında qarşılıqlı fəaliyyət göstəricisi yalnız artacaq".

Cümə günü Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib. Tədbir Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük səfəri çərçivəsində keçirilir. Forumun işində iki ölkədən 70-dən artıq şirkət iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti