...

Bakıda metronun "Gənclik" stansiyasının yaxınlığında yollardan biri bağlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2014 19:19 (UTC +04:00)
Bakıda yeraltı keçidin tikildiyi Fətəli xan Xoyski prospektində ("Gənclik" metrostansiyasının yaxınlığı) nəqliyyatın hərəkətində böyük sıxlığın qarşısını almaq üçün Vaqif prospektindən F.Xoyski istiqamətində yol müvəqqəti bağlanıb.
Bakıda metronun "Gənclik" stansiyasının yaxınlığında yollardan biri bağlanıb

Azərbaycan, Bakı, 31 mart /Trend/

Bakıda yeraltı keçidin tikildiyi Fətəli xan Xoyski prospektində ("Gənclik" metrostansiyasının yaxınlığı) nəqliyyatın hərəkətində böyük sıxlığın qarşısını almaq üçün Vaqif prospektindən F.Xoyski istiqamətində yol müvəqqəti bağlanıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yol sabah açılacaq.

Yeni keçid Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaxınlığında tikilir.

Hazırda bu istiqamətdə hərəkət Vaqif prospektindən Əhməd bəy Ağaoğlu küçəsinədək yeni yolla həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti