...

"Fitch"dən sonra "S&P" də Azərbaycanın "Baghlan Group" şirkətinin reytinqini defolta qədər azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2014 17:14 (UTC +04:00)
"Standard & Poor's" (S&P) kredit reytinqi xidməti Azərbaycanın "Baghlan Group FZCO" (Baghlan) diversifikasiya edilmiş şirkətinin uzunmüddətli kredit reytinqini "В-"dən "SD"-dək ("seçilən defolt") aşağı salıb ki, bundan sonra reytinq şirkət haqqında kifayət qədər məlumatın olmaması ilə əlaqədar geri çağırılıb.
"Fitch"dən sonra "S&P" də Azərbaycanın "Baghlan Group"  şirkətinin reytinqini defolta qədər azaldıb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.Əliyev/

"Standard & Poor's" (S&P) kredit reytinqi xidməti Azərbaycanın "Baghlan Group FZCO" (Baghlan) diversifikasiya edilmiş şirkətinin uzunmüddətli kredit reytinqini "В-"dən "SD"-dək ("seçilən defolt") aşağı salıb ki, bundan sonra reytinq şirkət haqqında kifayət qədər məlumatın olmaması ilə əlaqədar geri çağırılıb. Trend-in məlumatına görə, bu barədə "S&P" şirkətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Şirkətin məlumatında qeyd olunur ki, geri çağırılma zamanı şirkətin "SD" reytinqi "Baghlan" tərəfindən müddəti 27 dekabr 2013-cü ildə bitən 19 milyon dollar həcmində kupon üzrə ödənişin həyata keçirilmədiyi faktını əks etdirir: "Bu kupon "Standard & Poor's" reytinqinə malik olmayan 150 milyon dollar məbləğində borcda iştirakın sertifikatlarına aiddir. Bu informasiya "Standard & Poor's" şirkətinə yalnız bu yaxınlarda məlum olub. Bundan başqa, şirkətin əldə etdiyi məlumata görə, sonradan "Baghlan" səkkiz milyon dollar məbləğində kuponu qismən ödəyib, lakin bizim meyarlarımıza görə, bu, reytinqin seçilən defolta qədər azaldılmasından yayınmaqdan ötrü kifayət deyil".

Xidmət şirkətin həmçinin likvidlik haqqında vaxtında və adekvat informasiya təqdim etməməsindən sonra reytinqi geri çağırıb.

Məlumatda deyilir: "Lazımi informasiyanın olmaması ilə əlaqədar biz Baghlan-ın reytinqlərini dəstəkləyə bilmərik".

Xatırladaq ki, bir müddət əvvəl "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Baghlan Group FZCO-nun uzunmüddətli defolt emitentini ("RDE") "B-"dən "RD"-dək (məhdudlaşdırılmış defolt) azaldıb və daha sonra onu geri çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti