...

Kanadada "Azərbaycanda sərmayə imkanları" adlı "dəyirmi masa" keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2014 04:01 (UTC +04:00)
Kanadanın Toronto şəhərində Kanada Avrasiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə "Azərbaycanda sərmayə imkanları" adlı "dəyirmi masa" keçirilib.
Kanadada "Azərbaycanda sərmayə imkanları" adlı "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Kanadanın Toronto şəhərində Kanada Avrasiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə "Azərbaycanda sərmayə imkanları" adlı "dəyirmi masa" keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan səfiri Fərid Şəfiyev ölkəmizin iqtisadi potensialı, regionumuzda həyata keçirilən enerji və nəqliyyat layihələri, eləcə də Kanada-Azərbaycan ikitərəfli ticarət əlaqələri barədə təqdimatla çıxış edib.

F.Şəfiyev, eyni zamanda, Azərbaycanda investisiya imkanları ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə iştirak edən bir sıra kanadalı iş adamları Azərbaycanla biznes əlaqələri və ölkəmizdə həyata keçirilən müxtəlif layihələr barədə öz şəxsi təcrübələrini bölüşüblər. Onların fikrincə, Azərbaycan iqtisadi sahədə böyük potensiala malikdir və Kanada şirkətlərini ölkəmizin iqtisadi həyatında iştirak etməyə çağırıblar.

Habelə, səfir F.Şəfiyev tədbirdə iştirak edən şəxslərin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti