Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Əliyev/
Mayın 26-dan Bakı Fond Birjasında (BFB) "Finans Lizinq" ASC-nin 400 min manat dəyərində istiqrazlarının kütləvi yerləşdirilməsi başlayır. Bu barədə Trend-ə BFB-dən məlumat verilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qeydə aldığı emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 800 ədəd faizli, təmin edilməmiş, adlı, sənədsiz istiqrazlar buraxılıb.
Qiymətli kağızların tədavül müddəti 720 gün, istiqraz üzrə gəlirlilik 13 faiz, faiz ödəniş dövrünün müddəti isə hər 90 gündən birdir.
Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.