...

Nazir: RF-nin 4 regionu növbəti Azərbaycan-Rusiya regionlararası forumunu keçirməyə maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2014 15:27 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarətin artımı davamlı xarakter daşıyır.
Nazir: RF-nin 4 regionu növbəti Azərbaycan-Rusiya regionlararası forumunu keçirməyə maraq göstərir

Azərbaycan, Qəbələ, 23 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarətin artımı davamlı xarakter daşıyır. Trend-in məlumatına görə, bunu Rusiyanın regional inkişaf naziri naziri İqor Slyunyayev bazar ertəsi Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq forumu çərçivəsində mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qəbələdəki V yubiley forumunda 500-dən çox şəxs, o cümlədən Rusiyanın 25 regionunun nümayəndələri iştirak edirlər: "Bizi təkcə say göstəriciləri deyil, həm də qarşılıqlı ticarətin 3,5 milyard dolları ötən artımı sevindirir".

Nazir qeyd edib ki, qarşılıqlı ticarətə neft-qaz, maşınqayırma, energetika və kənd təsərrüfatı sahələrindəki 500-dən artıq şirkət cəlb edilib.

İ.Slyunyayev vurğulayıb ki, növbəti forum Rusiyada təşkil ediləcək: "Rusiya altıncı foruma ev sahibliyi edəcək. Yekaterinburq, İnquşetiya, Stavropol diyarı və Dağıstan forumu keçirmək istəklərini bildiriblər".

Rusiyalı nazir Qəbələdə forumun təşkili səviyyəsini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti