...

Bank VTB (Azərbaycan) Oracle şirkətinin lisenziyalı program təminatına keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 14:23 (UTC +04:00)
Bank VTB (Azərbaycan) Azərbaycanın təxminən 10 aparıcı İT şirkətlərinin iştirak etdiyi Oracle şirkətinin program lisenziyalarının alınması üçün tender keçirib.
Bank VTB (Azərbaycan) Oracle  şirkətinin  lisenziyalı program təminatına keçir

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bank VTB (Azərbaycan) Azərbaycanın təxminən 10 aparıcı İT şirkətlərinin iştirak etdiyi Oracle şirkətinin program lisenziyalarının alınması üçün tender keçirib. Tenderin nəticələrinə görə müsabiqənin qalibi SİNAM şirkəti elan edilib.

Hal-hazırda, SİNAM və Bank VTB (Azərbaycan) arasında müqavilənin imzalanması üzrə danışıqlar aparılır.

Müqaviləyə əsasən, Bank VTB (Azərbaycan) Oracle məlumat bazası və Oracle Business İntelligence program təminatı üçün lisenziya əldə etməyi planlaşdırır.

Bank VTB (Azərbaycan) ASC-nin Biznes Prosseslərinin İnkişafı Şöbəsinin müdiri Maksim Popov:

"Yeni program təminatının köməyilə bütün məlumatların vahid saxlanc yeri qurulacaq.Biz müxtəlif məlumatları konsolidə ediləcəyi vahid sistemdə həyata keçiriləcək bütün hesabatlarımızın və analitikanın avtomatlaşdırılması imkanını əldə edəciyik."

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti