...

Dövlət İqtisad Universitetinin rektoru və ABŞ səfiri AmCham-ın aylıq işgüzar naharında iştirak ediblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 15:52 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru professor Ədalət Muradov və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının (AmCham) təşkil etdiyi aylıq işgüzar naharda iştirak ediblər.
Dövlət İqtisad Universitetinin rektoru və ABŞ səfiri AmCham-ın aylıq işgüzar naharında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru professor Ədalət Muradov və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının (AmCham) təşkil etdiyi aylıq işgüzar naharda iştirak ediblər.

Tədbir zamanı çıxış edən rektor Prezident İlham Əliyevin 2013-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən respublikada, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutduğunu bildirib. Universitetin strateji prioritetlərinı açıqlayan rektor bildirib ki, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və dünya standartlarına çatdırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi, innovasiya təhsil sisteminin inkişaf etdirilməsi, beynəlxalq elmi-təhsil məkanına inteqrasiya, respublikanın sosial-iqtisadi inkişafında universitetin rolunun yüksəldilməsi və professor-müəllim heyətinin sosial təminatının yüksəldilməsi ADİU-nun əsas hədəflərindəndir.

AmCham-ın prezidenti İlqar Vəliyev AmCham-la ABŞ səfirliyi arasında əməkdaşlıqdan öz məmnunluğunu bildirib: "ABŞ-ın Azərbaycandaki səfirliyi 1996-ci ildə yaranan Palatanın təsisçilərindən biri olub. Səfirlik ilə əməkdaşlıq AmCham-ın bütün üzvləri üçün şəbəkələşmə imkanını artır".

ABŞ-ın Azərbaycandakı səfiri öz çıxışında Azərbaycan Respublikasında müasir və çoxsahəli iqtisadiyyatın inkişafı barədə iştirakçılara qısa məlumat verdi: "Mən Azərbaycan Respublikasının uzunmüddətli inkişaf perspektivlərinə nikbin baxıram və mən burada vəzifə səlahiyyətlərimi icra etdiyim müddətdə, bizim Azərbaycanla nail olduğumuz iqtisadi əməkdaşlığımızın səviyyəsi ilə fəxr edirəm",.

Azərbaycanda Amerika Ticarət Palatası - AmCham - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, AmCham öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış AmCham 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. AmCham Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə AmChamın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. AmCham üzvü olaraq, şirkətlər və təşkilatlar hökümətlə geniş əlaqə imkanları əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti