...

Nazir: Azərbaycanda xarici investisiyaların iştirakı ilə 7 minə ayxın müəssisə fəaliyyət göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2014 17:10 (UTC +04:00)
Bu gün ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.
Nazir: Azərbaycanda xarici investisiyaların iştirakı ilə 7 minə ayxın müəssisə fəaliyyət göstərir

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Emin Əliyev/

Bu gün ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Məqalədə deyilir: "Bu şirkətlərin 36 faizi, yəni, 2464-ü Türkiyə, 8,3 faizi, yəni, 570-i Rusiya, 7,8 faizi, yəni, 541-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılmışdır".

Nazirin sözlərinə görə, xarici şirkətlər Azərbaycanda eyni zamanda, dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı, subpodratçı qismində fəal iştirak edirlər.

Nazir əlavə edib: "Məsələn, Türkiyənin şirkətləri müqavilə dəyəri 10,4 mlrd ABŞ dolları təşkil edən 153 layihəyə, Çexiyanın şirkətləri müqavilə dəyəri 2 milyard dollar olan 6 layihəyə, Fransa şirkətləri müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə cəlb olunmuşdur".

Ş.Mustafayevin sözlərinə görə, davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır.

Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır.

Nazir bildirib: "Ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici ölkələrin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən ölkəmizə bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti