Azərbaycan, Bakı, 28 avqust /Trend/
Daha bir dünya brendi ilə əməkdaşlığa başlayan "Xalq Bank" öz müştərilərini sevindirir. Belə ki, bu gündən etibarən "Xalq Bank"ın plastik kartlarının istifadəçiləri dünyanın ən məşhur lüks avtomobil brendi Ferrari-nin geyim və aksesuarlar satılan xüsusi mağazası - Ferrari Store Baku-da endirimlərdən faydalana bilərlər.
Aksiyanın şərtlərinə görə bankın plastik kart müştəriləri Ferrari Store Baku-da etdiyi alışların dəyərini "Xalq Bank"ın kartları ilə ödədikdə 10% endirim əldə edəcəklər. "Ferrari Store Baku" Ü.Hacıbəyov, 57 ünvanında yerləşir.
Xatırladaq ki, "Xalq Bank" öz müştərilərinin məmnunluğunu artırmaq üçün müxtəlif aksiyalar təşkil edir. Bir müddət əvvəl bank plastik kartlarının istifadəçilərinə bir il ərzində "Qatar Airways" aviadaşıyıcısının biletlərini 10% endirimlə almaq şansı təqdim edib.
Plastik kartlar bankın istənilən filialında təqdim edilir.
Məlumat Mərkəzi: 138