...

Vladimir Doroxin: "Bank VTB" Rusiya-Azərbaycan əməkdaşlığının potensialının reallaşmasında mühüm rol oynayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2014 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

"Bank VTB" (Azərbaycan) ASC Azərbaycanın iqtisadi həyatının nümunəvi iştirakçısıdır. Trend xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin cümə günü Bakıda bankın yeni filialının açılışında bildirib.

Onun sözlərinə görə, bu, Rusiya biznesinin Azərbaycanda genişlənməsi və möhkəmlənməsinin göstəricisidir: "Bu gün çox yaxşı hadisə baş verir və RF səfiri kimi mənim burada iştirakım çox xoşdur. "Bank VTB" Azərbaycan bazarında artıq beş ildir fəaliyyət göstərir və səhmdarlar və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirərək çox yaxşı çalışır".

Səfirin sözlərinə görə, Azərbaycan və VTB-ni bir-biri ilə xüsusi əlaqələr bağlayır: "Bu yaxınlarda Azərbaycan "Bank VTB"-nin səhmlərinin bir hissəsini alıb [Dövlət Neft Fondu 3 faizlik paketə sahib olub]. Ona görə də bu bankın Rusiya və Azərbaycan arasında əməkdaşlıq potensialının reallaşmasında böyük rolu var və o, bu rolun öhdəsindən çox yaxşı gəlir".

"Bank VTB"-nin (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlevin qeyd etdiyi kimi, bank ölkədə filial şəbəkəsinin inkişafını davam etdirir: "Gələn il üçün bizim nəhəng planlarımız var. Biz Gəncədə və Sumqayıtda filiallar açmağı planlaşdırırıq".

Bu gün "Bank VTB" (Azərbaycan) Baş ofis yanında Müştəri Xidmətləri İdarəsi və 9 filial da (bu gün açılan da nəzərə alınmaqla) daxil olmaqla, 9 satış nöqtəsi ilə təmsil olunur. 2016-cı ilin sonuna bankın filiallarının sayı 20-dək artırılacaq.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 7 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti